1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Milli Olimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb
01.12.2017 / No46


 

 

 


Tərəflər arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir

Noyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar.

Memorandumun imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, idmana və xüsusilə Olimpiya Oyunlarına marağın artırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir.

Tədbirdə Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü Proqramının əməkdaşları ilə yanaşı, müxtəlif idman federasiyalarının nümayəndələri iştirak ediblər.

Çingiz Hüseynzadə tədbirdə çıxış edərək idmanın gənclərin həyatındakı vacib rolundan danışıb. Bildirib ki, MOK-un könüllülərlə əlaqədar ilk rəsmi layihəsi 2014-cü ildə həyata keçirilib. Həmin layihə atletika üzrə Yeniyetmələrin Avropa Olimpiya təsnifat yarışı üçün könüllü hazırlığından ibarət idi. O, ölkəmizdə könüllülük hərəkatının inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov “Bir” Tələbə-Könüllü Proqramının üstünlüklərindən danışıb, Olimpiya dəyərlərinin təbliğində könüllülərin rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, tələbə könüllülərin Vətənə olan məhəbbəti, qonaqpərvərliyi, iradələri ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə təşkilində mühüm rol oynayıb.

Daha sonra Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə fəal iştirak etmiş könüllülər təltif olunub.

“Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, həmçinin vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunur. Bu proqram gənclərə “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (“Öyrən”, “Öyrət”, “Yaşa”, “Yaşat”, “Kəşf et” və “Zövq al”) özündə birləşdirən layihə təqdim edir. “Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər.

Xatırladaq ki, “Bir” Tələbə-Könüllü Proqramının iştirakçıları Milli Olimpiya Komitəsinin çoxsaylı tədbirlərində iştirak ediblər.
 

yuxarı ⤴