1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Strasburq Universitetində UFAZ-ın Rəhbər Komitəsinin iclası keçirilib
01.12.2017 / No46


 
 

 

 


Strasburq Universitetində (Unistra) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) Rəhbər Komitəsinin ilk iclası keçirilib. İclasda Rəhbər Komitəsinə Unistra və ADNSU-nun hər birindən bir direktorun seçilməsi, komitənin daxili qaydalarının müəyyənləşdirilməsi, birinci tədris ilinin fəaliyyətinin nəticələri, 2018-2019-cu tədris ili üçün xarici tələbələrin UFAZ-a qəbul şərtləri və başqa məsələlər müzakirə olunub.
Noyabrın 23-də Unistrada keçirilən UFAZ-ın Rəhbər Komitəsinin ikinci iclasında Strasburq Universitetinin prezidenti Michel Deneken, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, bu qurumun beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Muxtar Məmmədov, Fransa Xarici İşlər Nazirliyinin ali təhsil və araşdırma üzrə direktoru Clelia Chevrier-Kolacko və başqaları iştirak ediblər.

Görüşdə cari tədris ilinin rəqəmləri, UFAZ-ın birinci tədris ili üzrə qiymətləndirmə hesabatı, büdcənin idarə edilməsi, pedaqoji və elmi məsələlər, UFAZ-ın inkişaf strategiyası və bu kimi digər məsələlər müzakirə olunub.

UFAZ-ın Rəhbər Komitəsinin növbəti iclasının 2018-ci ildə Bakıda keçirilməsi planlaşdırılır.

AZƏRTAC

yuxarı ⤴