1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Peşə seçiminə dair tədbirlər keçirilir
01.12.2017 / No46


 
 

 

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbirlər keçirilir.

Təhsil Nazirliyinin razılığına əsasən, Dövlət Məşğulluq Xidməti və “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər məktəblilərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərmək və övladlarını yaradıcı əməyə hazırlamaq, onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynləri məlumatlandırmaqdan ibarətdir.

Tədbirdə ölkəmizin əmək bazarındakı vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə geniş məlumat verilir. İxtisas seçimi, bu məsələdə diqqət yetirilməli məqamlar, bilik və bacarıqların düzgün qiymətləndirilməsi və digər müvafiq məsələlər ətrafında müzakirələr aparılır, peşə hazırlığı, əlavə təhsil kursları haqqında suallar cavablandırılır.

Seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğun müəyyənləşdirilməsinin mühüm məsələlərdən olduğu diqqətə çatdırılır.

Sonda şagirdlərə peşəyönümü ilə bağlı tərtib edilmiş əyani vəsaitlər təqdim edilir.
 

yuxarı ⤴