1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Xaçmazda zona müşavirəsi
01.12.2017 / No46


 

 

 


“Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşdirilməsi” müzakirə mövzusu olub

Noyabrın 25-də Xaçmaz rayonunda Təhsil Nazirliyi əməkdaşlarının iştirakı ilə “Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşdirilməsi” mövzusunda zona müşavirəsi keçirilib. Müşavirə iştirakçıları öncə akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla anaraq, abidəsi önünə gül dəstələri qoyublar. Sonra onlar akademikin fəaliyyətinə həsr olunmuş muzeylə yaxından tanış olub, məktəbin foyesində təşkil edilmiş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxiş keciriblər. Müşavirə çərçivəsində akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseydə nümunəvi dərslər dinlənilib. Nümunəvi dərslərdə Təhsil Nazirliyinin nümayəndələri, eləcə də Xaçmaz, Quba, Qusar rayonlarından olan müəllimlər iştirak ediblər. Dərs prosesini ümumilikdə 100 nəfərə yaxın təhsil işçisi izləyib.

Nümunəvi dərslərin dinlənilməsindən sonra rayonun Tarix-diyarşünaslıq muzeyində hər iki fənnin tədrisi metodikasının müasir tələblərə uyğun təkmilləşdirilməsi mövzusunda “dəyirmi masa” keçirilib, dinlənilən dərslər barədə rəylər, fənlər üzrə şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması, eləcə də fənlərin məzmunu və dərsliklər barədə mülahizələr səsləndirilib, təkliflər irəli sürülüb.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov tədbiri giriş sözü ilə açaraq, iştirak etdiyi dərslərdən razı qaldığını və nümunəvi dərsi təşkil edən müəllimlərə təşəkkürünü bildirib. Müəllim sənətinin çətin və eyni zamanda şərəfli olduğunu vurğulayan A. Əhmədov bildirib ki, məktəblərdə Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin dərindən öyrədilməsi xüsusilə indiki halda çox mühüm vəzifə olaraq qarşıya qoyulub və vacib əhəmiyyət kəsb edir. Bu sahəyə xüsusi diqqətin ayrılması nöqteyi-nəzərdən gələcəkdə də belə müşavirələrin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib, tövsiyələrini verib.

Təhsil İnstitutunun direktor müavinləri Ənvər Abbasov və Faiq Şahbazlı çıxışlarında nümunəvi dərslərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirib, müəllimlər tərəfindən aparılan dərslərin səmərəliliyindən, eləcə də təhsilin keyfiyyətinin yüksəldilməsində rol oynayan metodik fəaliyyətin təşkili məsələlərindən, fəal təlim metodlarının əhəmiyyətindən söz açıblar.

Sonda Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova “Təhsildə keyfiyyət ili” çərçivəsində təhsil işçiləri üçün belə bir müşavirənin Xaçmazda keçirilməsini müasir təhsilimizin inkişafı üçün atılan mühüm bir addım kimi qiymətləndirib, Təhsil Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.
 

yuxarı ⤴