1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

İngilis dili resurs mərkəzləri yaradılıb
01.12.2017 / No46


 
 

 

 


BŞTİ-nin tabeliyində olan ümumi təhsil məktəblərində İngilis dili resurs mərkəzləri yaradılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council”un birgə əməkdaşlığı çərçivəsində yaradılan İngilis dili resurs mərkəzləri müəllimlərin dil və tədris bacarıqlarını təkmilləşdirmək, şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir. Mərkəzlər Böyük Britaniyadan sifariş olunmuş kitablarla tam təmin olunub.

Mərkəzlərdə müəllimlərin peşəkar inkişafı və onların xarici dil biliklərini praktiki danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək üçün Britaniya Şurası Təşkilatının təlimçiləri tərəfindən təlimlər və danışıq klubları təşkil olunacaq. Həmçinin, seçilmiş müəllimlər Böyük Britaniyada təcrübə keçmək imkanı da qazanacaq.

Qeyd edək ki, cari ildə 245 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzdən sözügedən məktəbin heyəti ilə yanaşı, Xətai rayonunda yerləşən 63, 86, 116, 254, 249 nömrəli tam orta məktəblər, 45 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzdən isə sözügedən məktəbin heyəti ilə bərabər, Nərimanov rayonunda yerləşən 39, 82, 178, 193, 212 nömrəli tam orta məktəblərin şagird-müəllim kollektivi də istifadə edəcək. 189-190 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzdən sözügedən məktəblə yanaşı, Səbail rayonundakı 91 nömrəli tam orta məktəb, Nəsimi rayonu 1 nömrəli tam orta məktəb, 16 nömrəli texniki-humanitar təmayüllü lisey və Yasamal rayonu 173 nömrəli tam orta məktəbin şagird-müəllim kollektivi də faydalanacaq.

 

yuxarı ⤴