1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Elm xəbərləri
01.12.2017 / No46


 
 

 

 


Unikal qurğu ürəklə bağlı problemləri aşkar edəcək

Yusif ƏLİYEV

“CeyKeyMedikal” şirkəti ürək-damar xəstəliklərinin diaqnostikası üçün kredit kartından kiçik kardioqraf təqdim edib. Çəkisi cəmi 25 q olan qurğu bir həftə ərzində insanın ürəyinin fəaliyyətini qeydə alır. Sonra informasiya USB vasitəsilə portala ötürülür. Burada həkim onu təhlil edərək ilkin diaqnoz qoya bilər.

Şirkətin direktoru Aleksandr Kostrikin bildirib ki, “ELSKAN” layihəsinin əsas üstünlüyü ürək qulaqcıqlarının fibrilyasiyasının erkən mərhələdə qeydə alınması və diaqnostikası imkanıdır. Bu problem tromboemboliya, insult və infarktdan ölümün əsas səbəblərindəndir.

www.meddaily.ru  saytının məlumatına görə, kardioqrafın kliniki sınaqları zamanı müayinənin nəticələrinə əsasən, ürəkdə 20 əməliyyat yerinə yetirilib və ya dərmanlarla müalicə tövsiyə edilib. Qurğunun qiymətinin 35-85 dollar təşkil edəcəyi gözlənilir.


Xəstəliyin foto üzrə tanınması texnologiyası hazırlanıb

Mühəndislər həkimlərə pasiyentə diaqnoz qoymaq üçün insanın fotosu üzrə onun xəstəliyini müəyyən etməyə imkan verən mobil proqram yaradıblar. Hazırda ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən yoxlanılan proqram müvəffəqiyyətli sınaqlardan sonra əlçatan olacaq.

www.dni24.com  saytının məlumatına görə, “VisualDx” texnologiyası maşın təliminə əsaslanır. Beləliklə, proqram əsasında qoyulan alqoritm dəri örtüyünün təyininə görə mümkün diaqnozların siyahısını əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək.

Texnologiyanı hələ ki, xəstəliyin dəqiq təyini üçün tətbiq etmək olmaz. Çünki proqram pasiyentin sağlamlıq problemlərinin yalnız mümkün siyahısını tərtib edə bilir. Bu siyahı ilə tanış olmaq üçün istifadəçi öz fotosunu proqrama yükləməli və onu bu texnologiya üzrə skan etməli olacaq.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴