1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

ADNSU Bakı Modern Təhsil Kompleksi ilə əməkdaşlıq edəcək
01.12.2017 / No46


 
 

 

 


Sifai SƏFƏROVA

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı universitetin professor-müəllim heyəti ilə birlikdə Bakı Modern Təhsil Kompleksində olub. Qonaqlar məktəbin qaynar həyatı ilə tanış olub, fizika, kimya, informatika, riyaziyyat dərslərində iştirak ediblər. Həmin gün məktəbdə təşkil olunan robototexnika sərgisində uşaqların təqdim etdiyi robotların hərəkətləri izlənilib.

Sonra məktəbin akt zalında təşkil olunan tədbiri Bakı Modern Təhsil Kompleksinin direktoru, fizika üzrə fəlsəfə doktoru Mina Əliyeva açaraq qonaqları təhsil ocağının uğurları ilə tanış edib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə həyata keçirilən islahatlar, tədrisin keyfiyyəti haqqında müəllim və şagird kollektivinə ətraflı məlumat verib. ADNSU-nun nəzdində Strasburq Universiteti ilə birgə yaradılmış proqram əsasında, ölkəmizdə analoqu olmayan Azərbaycan-Fransız Universitetinin (UFAZ) fəaliyyətindən bəhs edib. Rektor qeyd edib ki, hazırda universitet yüksək tədris standartı ilə öz fəaliyyətini uğurla davam etdirməkdədir. Sonra rektor Mustafa Babanlı şagirdləri maraqlandıran sualları cavablandırıb.

Tədbirin sonunda BMTK və ADNSU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
 

yuxarı ⤴