1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

SDU-nun əməkdaşları və tələbələri mükafatlandırılıblar
01.12.2017 / No46


 
 

 

 


Noyabrın 28-də Sumqayıt Dövlət Universitetində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə professor-müəllim heyətinin bir qrupunun, eləcə də bu ali təhsil ocağının 55 illik yubileyi münasibəti ilə keçirilən fakültələrarası idman spartakiadası, “Mənim doğma universitetim” mövzusunda esse-yazı müsabiqəsi, informasya texnologiyaları olimpiadası və fakültələrarası bədii yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Mərasimdə Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov çıxış edərək bildirib ki, hər bir ali təhsil müəssisəsinin özünəməxsus keçmişi, bu günü və gələcəyi vardır. Sumqayıt Dövlət Universiteti öz tarixi ilə öyünməyə haqqı olan, bu gün qazandığı nailiyyətlərini qabaqcıl ali məktəblərlə bir sırada nümayiş etdirə bilən və nəhayət, gələcək prioritet məsələlərin həllinə imza atmağı bacaran bir təhsil ocağıdır. Fəaliyyət göstərdiyi dövrlər ərzində istər filial, istər institut və istərsə də universitet kimi bu elm və təhsil ocağı yalnız Azərbaycanda deyil, həm də keçmiş Sovetlər Birliyində, eləcə də bir sıra xarici ölkələrdə sənaye və tədris müəssisələrini yüksək ixtisaslı kadrlarla təmin etmiş, ölkəmizin intellektual potensialına dəyərli töhfələr vermişdir. Məhz bu uğurların nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən universitetin 14 əməkdaşı “Tərəqqi” medalına, “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu da kollektivimizə dövlət qayğısının bariz nümunəsidir.

Rektor professor-müəllim, tələbə heyəti adından ölkə başçısı İlham Əliyevə bir daha dərin minnətdarlığını bildirib, kollektivin hər bir üzvünü səmimi-qəlbdən təbrik edib.

Rektor Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin elm və təhsil ocağı olmaqla bərabər, burada tələbələrdən ibarət rəqs qruplarının, mahnı ansamblının, idman klubunun nəzdində müxtəlif idman növləri üzrə bölmələrin uğurla fəaliyyət göstərdiyini bildirib. Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyinə həsr olunmuş fakültələrarası bədii yaradıcılıq müsabiqəsinin, informasiya texnologiyaları üzrə olimpiadanın, idman spartakiadasının, “Mənim doğma universitetim” mövzusunda esse-yazı müsabiqəsinin keçirilməsinin əsas məqsədinin tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərmək olduğunu söyləyib.

Sonra səmərəli elmi-pedaqoji fəaliyyətinə görə universitetin professor-müəllim heyətinin bir qrupu, eləcə də keçirilən müsabiqələrin, olimpiadaların və spartakiadaların qalibləri Fəxri fərmanla və pulla mükafatlandırılıblar.

Tədbir bədii hissə ilə davam edib.

yuxarı ⤴