1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Bakı Mühəndislik Universitetinin yeni uğuru
01.12.2017 / No46


 
 

 

 


BMU-nun tələbələri CIMA beynəlxalq sertifikasiya imtahanının müəyyən pillələrindən azad olunacaq

Bakı Mühəndislik Universitetinin iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri CIMA beynəlxalq sertifikasiya imtahanının müəyyən pillələrindən azad olunacaqlar.

CIMA (Chartered Institute of Management Accountants-idarəetmə uçotu üzrə İmtiyazlı Mühasiblər İnstitutu) 1919-cu ildə Böyük Britaniyada yaradılmış, 350000-dən çox üzvü və tələbəsi olan idarəetmə uçotu sahəsində dünyanın ən mötəbər qurumu hesab olunur.

CIMA peşəkar kvalifikasıyadır və bu ixtisaslaşdırma proqramı imkan verir ki, ölkənizi və ya olduğunuz yeri tərk etmədən özünüzün biznes və idarəetmə uçotu istiqamətlərində peşəkarlığınızı və keyfiyyətli mütəxəssis olduğunuzu sübut edəsiniz. Bunun üçün CIMA tərəfindən təşkil olunan beynəlxalq sertifikasiya imtahanına girib tələb olunan nəticəni göstərmək kifayətdir.

Bakı Mühəndislik Universitetinin mühasibat uçotu və audit, maliyyə, biznesin idarəedilməsi və dünya iqtisadiyyatı ixtisasları üzrə təhsil alan tələbələri ixtisaslardan asılı olaraq CIMA-nın toplam yeddi imtahanına qədər azadolma imkanı əldə edirlər.

Xatırladaq ki, BMU Azərbaycanda bakalavr üzrə bu imtahanlardan azad olan yeganə universitetdir və mühasibatlıq üzrə dərslər ACCA və CIMA tədris proqramlarına uyğun keçilir. Onu da qeyd edək ki, bu nəticə CIMA-nın London ofisindən dəvət olunan mütəxəssislərinin BMU-da müvafiq ixtisaslar üzrə həyata keçirilən tədris planları və tədris prosesi ilə yaxından tanış olmasından sonra əldə edilib.
 

yuxarı ⤴