1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

AzTU-da Milli Qəhrəmanın xatirəsi anılıb
01.12.2017 / No46


 
 

 

 


Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman, şəhid Çingiz Qurbanovun doğum günü ilə bağlı anım tədbiri keçirilib.

Universitet rəhbərliyi, müəllimlər, tələbələr və AzTU-nun məzunu olmuş şəhid Elşad Əliyevin anası Flora Əliyeva əvvəlcə Çingiz Qurbanovun təhsil aldığı xüsusi texnika və texnologiya fakültəsində Milli Qəhrəmanın xatirəsinə ehtiram olaraq yaradılan fotostendlə tanış olublar.

Daha sonra tədbir AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib.

Çingiz Qurbanovun tələbəlik illərini yada salan müəllimlər onun vətənpərvər, ictimai aktiv gənc olduğunu vurğulayıblar.

Qeyd edək ki, Ç.Qurbanov 2016-cı ildə AzTU-nun xüsusi texnika və texnologiya fakültəsini bitirib. Elə həmin il hərbi xidmətə başlayan Ç.Qurbanov Azərbaycan-Ermənistan dövlət sərhəddində düşmənin kəşfiyyat-təxribat qrupunun qarşısını alarkən qəhrəmancasına həlak olub. Məkrli düşmən şəhidin nəşini verməkdən boyun qaçırsa da, Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin səyi nəticəsində Ç.Qurbanovun nəşi Azərbaycana gətirilib və ona ölümündən sonra Milli Qəhrəman adı verilib.
 

yuxarı ⤴