1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Tələbələr Mirzə Şəfi Vazeh muzeyi ilə tanış olub
01.12.2017 / No46


 
 

 

 


Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə universitetin tələbələri Mirzə Şəfi Vazeh Muzeyinə ekskursiya ediblər.

Muzeyin ekspozisiya zalı ilə tanış olan tələbələrə məlumat verilib ki, son illər sosial-iqtisadi və mədəni inkişafının coşqun dövrünü yaşayan Nizami yurdunda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən tarixi-mədəni irsin qorunması və təbliği istiqamətində görülən işlər 2017-ci ildə də davam etdirilib. Bu məqsədlə Gəncədə XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin adını daşıyan muzey yaradılıb.

Ekskursiya zamanı tələbələrə M.Ş.Vazehin həyat və yaradıcılığından ətraflı məlumat verilib. Tələbələr muzeydə görülən işlərlə bağlı da məlumatlandırılıb.

Bildirilib ki, milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb.

Diqqətə çatdırılıb ki, muzeydə mütəfəkkir şairin həyat və yaradıcılığına, həmçinin qəzəllərinə, müxəmməslərinə, məsnəvilərinə və rübailərinə həsr olunmuş müxtəlif tablolar və sənədlər toplanıb. Burada Mirzə Şəfi Vazehin yaradıcılıq irsinin öyrənilməsinin gücləndirilməsi haqqında ulu öndər Heydər Əliyev tərəfindən 1981-ci il iyunun 8-də imzalanmış qərar və Prezident İlham Əliyevin “Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 3 fevral tarixli Sərəncamı da nümayiş olunur. Muzeydə şairin yaradıcılığında xüsusi yer tutan “Divani-Hikmət” ədəbi məclisinə aid xüsusi guşə yaradılıb.
 

yuxarı ⤴