1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Qrant müsabiqəsi üzrə qalib layihələr
“Gəzək, Görək, Öyrənək”
01.12.2017 / No46


 
 

 

 


Nizami yaradıcılığı ilə bağlı dərs

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elektron akt zalında Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində “Gəzək, Görək, Öyrənək” adlı layihə ilə bağlı diskussiya dərsi keçilib. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş dərs “Şeir sənətində Nizami Gəncəvi yaradıcılığı” adı altında təşkil olunub. Diskussiyada Göyçay rayonunun orta məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.

Diskussiyada AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, professor Əlizadə Əsgərli, təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov, Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı və şöbənin digər əməkdaşları, Qədim dövr şöbəsinin müdiri, professor İmamverdi Həmidov və Nizami Gəncəvi yaradıcılığının tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Hacı Siracəddin iştirak ediblər. Şagirdlərə Nizami Gəncəvinin həyatı və yaradıcılığı, fəlsəfi dünyagörüşü, milli mənsubiyyəti ilə bağlı ətraflı məlumat verilib. Şagirdlər onları maraqlandıran sualları alimlərə ünvanlayıb və dərs diskussiya formatında davam etdirilib.

Tədbirdən sonra məktəb şagirdləri özlərinin əl işi olan Nizami Gəncəvinin portretini instituta hədiyyə ediblər və alimlərlə birgə xatirə şəkli çəkdiriblər.

yuxarı ⤴