1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Qrant müsabiqəsi üzrə qalib layihələr
Məktəb psixoloqlarının peşəkarlıq səviyyəsi artırılır
01.12.2017 / No46


 
 

 

 


Astarada bu məqsədlə təlim kursu keçirilib

Astara rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin artırılması” layihəsi çərçivəsində 3 günlük qeyri-formal təlim kursları uğurla başa çatıb. Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində dəstəklənən layihənin əsas məqsədi məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılmasına yardımçı olmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün Astaranın müxtəlif təhsil ocaqlarında çalışan 25 nəfər məktəb psixoloqu bir araya gələrək rayonda yerləşən Şindan otelində 3 gün davam edən maarifləndirici təlim kursunda iştirak edib.

Yekun tədbirdə Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova çıxış edərək, qrant müsabiqəsinin əhəmiyyətindən danışıb, sözügedən layihənin rayonun ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarıqlarının artırılmasında böyük bir təcrübə olacağını bildirib və onları bu münasibətlə təbrik edib. Q.Məmmədova sonda iştirakçıların suallarını cavablandırıb.

Layihənin rəhbəri Rövşən Bağırovun məlumatına görə, təlimçi-psixoloq, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı tərəfindən 3 gün ərzində məktəb psixoloqlarına müasir praktik psixoloji xidmətin aktual məsələləri, təhsildə psixoloji xidmətin məqsədi, vəzifələri və xüsusiyyətləri, məktəb psixoloqunun peşə fəaliyyəti və sənədləşdirmə, psixoprofilaktika, psixodiaqnostika, psixoloji konsultasiya, psixokorreksiya, psixoloji konsilium mövzuları tədris edilərək təlimin yekun qiymətləndirilməsi aparılıb. Təlimdə müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparılıb və müzakirələr, qrup işləri, təqdimatlar, rollu oyunlar kimi müasir təlim üsullarından geniş istifadə olunub.

Kursun sonunda hər bir iştirakçıya Astara rayonunda fəaliyyət göstərən və layihənin tərəfdaş təşkilatı olan “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi tərəfindən sertifikat təqdim olunub.

yuxarı ⤴