1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Qrant müsabiqəsi üzrə qalib layihələr
“Fəal təlim - fəal şagird”
01.12.2017 / No46


 
 

 

 


Məqsəd oyunlar vasitəsi ilə şagirdlərin intellektini inkişaf etdirməkdir

Nargilə ŞIXIYEVA,
Şamaxı şəhər 3 nömrəli tam orta məktəbin tarix müəllimi, layihə rəhbəri

22 sentyabr 2017-ci il tarixindən etibarən Şamaxı məktəbliləri arasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "Fəal təlim - fəal şagird” layihəsinin icrasına start verilib. Layihə 3 ay ərzində Şamaxı rayonunun 8 kənd və qəsəbə tam orta məktəbinin IX siniflərində təhsil alan şagirdlər arasında icra olunur.

“Fəal təlim-fəal şagird” layihəsi “Layihə iştirakçılarının təlimatlandırılması və məktəbdaxili intellektual oyunların təşkili”, “Məktəblərarası intellektual oyunlar” və “Layihənin bağlanış mərhələsi” adlanan 3 mərhələdən ibarətdir. Artıq “Layihə iştirakçılarının təlimatlandırılması və məktəbdaxili intellektual oyunların təşkili” adlanan ilk mərhələ uğurla başa çatıb. Bu mərhələ üzrə sonuncu təlim Şamaxı rayonunun Elxan Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbində keçirilib. Bundan öncə təşkil edilən təlimlərdə olduğu kimi Şamaxı rayonunun Mədrəsə qəsəbə tam orta məktəbində baş tutan təlimdə də layihə təlimçisi Vasif Şıxıyev şagirdlərə layihənin şərtləri, mərhələləri, əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Sentyabrın sonlarından icrasına start verilən “Fəal təlim-fəal şagird” layihəsinin təlimləri çərçivəsində Şamaxı rayonunun Mədrəsə və Sabir qəsəbələri, Göylər, Qaravəlli, Muğanlı, Mərzəndiyyə və digər kənd məktəblərində təhsil alan 200-ə yaxın şagird arasında aparılan seçimlər nəticəsində 40 şagird layihə üzrə növbəti mərhələdə iştirak etmək imkanı əldə edib. Artıq layihənin “Məktəblərarası intellektual oyunlar” adlanan ikinci mərhələsinə start verilib.

Layihənin keçirilməsində əsas məqsəd müxtəlif tipli intellektual oyunlar vasitəsilə şagirdlərə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərini tanıtmaqdan ibarətdir. Məqsədlər sırasına həmçinin bölgədəki intellektual şagirdləri ictimaiyyətə tanıtmaq, şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də daxildir.

Ümumiyyətlə, “Fəal təlim-fəal şagird” layihəsinin bir sıra özünəməxsus, fərqləndirici cəhətləri var. Bu cəhətlər sırasında onun yalnız kənd və qəsəbə məktəblərində təhsil alan şagirdlər arasında icra olunması, həmçinin layihə üzrə keçiriləcək intellektual oyunların 2009-cu ildən etibarən Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində tətbiq edilən fənn kurikulumları əsasında qurulmasıdır.

 

yuxarı ⤴