1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Hüseyn Cavidin 135 illiyi Naxçıvan Dövlət Universitetində qeyd olunub
01.12.2017 / No46


 
 

 

 


Naxçıvan Dövlət Universitetində tarix-filologiya fakültəsinin təşkilatçılığı ilə Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, böyük sənətkar Hüseyn Cavid XX əsr Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının yaradıcılarından biri, milli teatrın inkişafında mühüm rol oynayan incəsənət xadimi, qüdrətli sənətkar-pedaqoq olub. Vurğulanıb ki, 37-ci illərin repressiyasına məruz qalan şairin nəşinin ümummilli liderin şəxsi təşəbbüsü ilə hələ 1982-ci ildə uzaq Sibirdən vətəninə gətirilməsi və Naxçıvanda məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması milli ruhun dirçəlişi baxımından müstəsna əhəmiyyətə malik misilsiz bir hadisədir. Rektor Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncamını ədəbiyyatımıza göstərilən yüksək diqqət və qayğının göstəricisi kimi dəyərləndirib.

Tədbirdə filologiya üzrə elmlər doktoru, professor, əməkdar elm xadimi Hüseyn Həşimli Hüseyn Cavid lirikası, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Eyvazov H.Cavid dramaturgiyası ilə bağlı çıxış ediblər.

Sonra fakültənin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə II kurs tələbələri şairin şeirlərindən ibarət bədii qiraət ediblər.

Səadət ƏLİYEVA,
NDU-nun Mətbuat şöbəsinin müdiri

yuxarı ⤴