1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

“Keyfiyyət ili” çərçivəsində “açıq dərs”
01.12.2017 / No46


 
 

 

 


E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə “Təhsildə keyfiyyət ili” çərçivəsində liseyin riyaziyyat-informatika müəllimi Brilyand Mursalova “Texniki və riyaziyyat-iqtisadiyyat” təmayüllü 10 “a” sinfində informatikadan “Model anlayışı. Modellərin növləri” mövzusunda təqdimat xarakterli “açıq dərs” keçirib. Dərs forma və təşkilinə görə fərqli olub. Belə ki, şagird idrakının inkişaf etdirilməsində dərsin ən mühüm mərhələlərindən biri olan tədqiqat aparmaq işi şagirdlərə ev tapşırığı kimi verilib. İnternet resurslarından və digər müxtəlif mənbələrdən, informatika fənnindən mənimsədikləri bilik və bacarıqlardan istifadə edərək mövzu ilə bağlı tədqiqat aparan şagirdlər 45 dəqiqəlik dərsi, demək olar ki, özləri idarə ediblər. Dərsin təşkilində interaktiv forma və metodlardan istifadə olunub. Sinif dərsin mövzusu ilə bağlı terminlərdən istifadə edərək “Prototip”, “Dinamik”, “İmitasiya”, “Adekvat” qruplarına bölünüb.

“Prototip” qrupunun təqdimatı - hazırda dünyanın ən böyük miniatür memarlıq muzeyində saxlanılan xəritə, 1950-ci ildə Hermann Bollman və 1980-ci ildə Constantine Anderson tərəfindən əllə hazırlanan Nyu-York şəhərinin 3D modelinin video görüntüsü və bu model haqqında məlumatlar dərsin motivasiyasını təşkil edib.

“Dinamik” qrupu tədqiqatlarının nəticəsi olaraq video və əyani modellərlə (qlobus,Telluri modeli, heliosentrik nəzəriyyə) Günəş sistemi və “Cırtdan” planetlər haqqında məlumat verib, əyani olaraq “Telluri” modeli vasitəsilə günəş və ay tutulmalarını təqdim edib. Qrup üzvləri Günəş və planetlərin göstəricilərinin cədvəlini tərtib ediblər.

“İmitasiya” qrupu kristal qəfəsin quruluşu haqqında təqdimatlarında “Kristal qəfəs”in modelindən və video çarxdan resurs kimi istifadə edib.

“Adekvat” qrupu riyazi model haqqında riyaziyyat fənni ilə inteqrasiya olunmuş təqdimatlarında insan skleti, göz, beyin, böyrək modellərindən istifadə edib, daha sonra qrup Çinin “Şanxay” şəhərinin modelini canlandırıb. Şagirdlər verilmiş məlumatları müzakirə edərək yekun nəticəyə gəliblər.

Dərsdə qrupların işinin qiymətləndirilməsi də şagirdlər tərəfindən həyata keçirilib. Müəllim refleksiya mərhələsi ilə dərsə yekun vurub.

Keçirilmiş dərs riyaziyyat-informatika fənn metodbirləşməsində müzakirə olunub.

Sevda QASIMOVA

yuxarı ⤴