1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Şagirdlər ekskursiyada
01.12.2017 / No46


 
 

 

 


İmişli rayonu Şahverdili kənd tam orta məktəbinin 6-cı sinif şagirdləri Heydər Əliyev Mərkəzində və Tarix-Diyarşünaslıq muzeyində olublar.

Məktəbin direktor müavini Aysel Quliyevanın təşkilatçılığı ilə təşkil olunan ekskursiyanın məqsədi ulu öndərin irsinin şagirdlərə öyrədilməsi və tariximizin müxtəlif dövrlərinə aid maddi-mədəniyyət nümunələri ilə onları tanış etmək olub. İlk olaraq Heydər Əliyev Mərkəzində şagirdlər ulu öndərin həyatını, fəaliyyətini, vətənə və xalqa xidmətlərini əks etdirən eksponatlarla tanış olublar.

Sonda şagirdlər mərkəz bələdçisinin ulu öndərin həyat və fəaliyyəti ilə bağlı verdiyi sualları cavablandırıblar.

Daha sonra Tarix-Diyarşünaslıq muzeyində olan şagirdlərə Kür-Araz mədəniyyətindən başlayaraq XX əsrin birinci yarısına qədərki dövrü özündə əks etdirən maddi-mədəniyyət nümunələri haqqında məlumat verilib.

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

yuxarı ⤴