1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Xarici mətbuatdan
01.12.2017 / No46


 
 

 

 


Alimlər 33 ölkədə tədqiqat aparıblar

Şagirdlərin təhsil nailiyyətləri qiymətləndirilib

Oruc MUSTAFAYEV

Niderlandın Utrext və Neymegen universitetlərinin alimləri şagirdlərin təhsil nailiyyətlərinin qiymətləndirilməsi (PISA - Programme for International Student Assessment) beynəlxalq proqramının nəticələrinin hərtərəfli təhlilini həyata keçiriblər. Təhlil gedişində müəyyən olunub ki, yuxarı sinif şagirdlərinin təhsil nailiyyətlərinin inkişafında məktəbli qızların xüsusi təsiri var. Tədqiqatçılar dünyanın 33 ölkəsində 10 mindən artıq məktəbdə oxuyan 15 yaşlı 280 mindən çox məktəblidən informasiya toplayıblar.

Onların məqsədi oğlan və qızlar arasında nisbətin, məktəblərin resurslarının, onların sosial və iqtisadi vəziyyətinin, müəllimlərin ixtisas dərəcələrinin və digər faktorların şagirdlərin təhsil nailiyyətlərinə necə təsir etdiyini öyrənmək olub. “School Effectiveness and School Improvement” nəşrinin məlumatına əsasən, tədqiqat üçün əsas göstərici digər fənlərin öyrənilməsi üçün mühüm olan oxuma bacarıqları olub.

Müəyyən olunub ki, şagirdlərin oxuma bacarıqları 60 faizdən çox qız uşaqlarının təhsil aldığı məktəblərdə əhəmiyyətli dərəcədə daha yaxşıdır.

Məktəbli qızların özlərinin təhsil nailiyyəti isə bu halda oğlanlarla müqayisədə daha artıq dərəcədə məktəbin sosial-iqtisadi səviyyəsindən asılı olub. Tədqiqatçı Marqtit van Hek əmindir ki, qız uşaqlarının oğlanlara müsbət təsiri onunla bağlıdır ki, gözəl cinsin nümayəndələrində konsentrasiya və motivasiya daha güclü ifadə olunub.

Ehtimal olunur ki, bu səbəbdən də qızlar öyrənmə prosesində öz sinif yoldaşlarına təsir edə bilərlər. Alınmış nəticələr ondan xəbər verir ki, məktəbdə oğlan və qız şagirdlər arasında nisbəti düzgün tənzimləməklə təhsil ocağının ümumi nailiyyətlərini yaxşılaşdırmaq olar.


Doğma universitetə hədiyyə

Mark Zukerberq və xanımı Harvarda 12 milyon dollar ayırdı

Facebook sosial şəbəkəsinin qurucusu Mark Zukerberq və onun xanımı Prissilla Çanın rəhbərlik etdikləri xeyriyyə fondu məzun olduqları Harvard Universitetinə 12 milyon dollar hədiyyə etdi. Vəsait qrant şəklində aşağı gəlirli, imkansız ailələrdən olan tələbələrin təhsilinə xərclənəcək.

“Biz Mark Zukerberqə, onun xanımına və xeyriyyə fonduna maddi resurslarından və ya mənşəyindən asılı olmayaraq tələbələrimizə cəmiyyətin xeyri naminə iş seçmək imkanlarının verilməsində göstərdikləri yardıma və əməkdaşlığa görə minnətdarıq”, - deyə Harvard Universitetinin prezidenti Dryu Faust bildirib. M.Zukerberq və P.Çan Harvard Universitetində təhsil alıblar, lakin Facebook-un təsisçisi 2005-ci ildə yaratdığı sosial şəbəkənin uğur dalğasında ali məktəbi atmalı olub. P.Çan isə universiteti bitirib.

Xarici mətbuat materialları əsasında

yuxarı ⤴