1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Türkiyəli təhsil eksperti Azərbaycan Dövlət Pedaqoji Kollecində
01.12.2017 / No46


 

 

 


Şakir CƏFƏROV

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Türkiyənin təhsil eksperti dr. Ərdəm Söyləməzlə görüş keçirilib. Tədbirdə pedaqoji kollektiv, tələbələr və başqa qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açaraq tədbirin tərbiyəvi əhəmiyyətindən danışıb.

Kollecdə olmağından məmnun olduğunu bildirən Ərdəm Söyləməz tədbir iştirakçılarına özü haqqında qısa məlumat verib.

Sonra Türkiyənin təhsil mütəxəssisi, “ES Akademi” şirkətinin qurucusu və rəhbəri Ərdəm Söyləməz “Təhsildə yeni tendensiyalar” mövzusunda çıxış edib. Təhsil ekspertinin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və tələbələrin sualları cavablandırılıb.

Sonda Q.Novruzov müəllim və tələbələr adından dr. Ərdəm Söyləməzə dəyərli görüş üçün təşəkkürünü bildirib.

Tədbir diskussiya şəklində başa çatıb.

yuxarı ⤴