1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

MDU tələbələri “ASAN” könüllülər təşkilatına cəlb olunurlar
01.12.2017 / No46


 
 

 

 


Mingəçevir şəhərində tezliklə fəaliyyətə başlayacaq “ASAN” HƏYAT kompleksinin gələcək könüllülər qrupunun üzvləri olacaq Mingəçevir Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məsul nümayəndələri - böyük məsləhətçi Səbuhi Əvəzli, aparıcı məsləhətçi Saray Mayılzadə və “ASAN” könüllülər təşkilatının nümayəndələri iştirak ediblər.

İlk öncə Saray Mayılzadə “ASAN” könüllülər təşkilatının müxtəlif layihələri barədə məlumat verib. Sonra “ASAN” könüllülər təşkilatının fəaliyyətinə toxunan aparıcı məsləhətçi qeyd edib ki, “ASAN xidmət” mərkəzlərindəki könüllü fəaliyyəti Azərbaycanda bu istiqamətdə aparılan dövlət siyasətinə töhfə vermiş bir təcrübə məktəbidir. “ASAN xidmət” mərkəzlərində bu günə qədər 4000-ə yaxın könüllü vətəndaşlara xidmət sahəsində fəaliyyət göstərilmiş və onlara bu müddət ərzində bir sıra praktiki bilik və bacarıqlar aşılanmışdır. Məzun könüllülərimizin bir çoxu da hazırda dövlət və özəl strukturlarında çalışır.

S.Mayılzadə bildirib ki, bu prosesi daha sistemli və mərkəzləşdirilmiş formada həyata keçirmək üçün ASAN School-u təsis edildi. Bu təcrübə məktəbinin məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir. ASAN School dünyanın qabaqcıl texnoloji və innovativ yeniliklərini tətbiq edərək gənclərə ölkədə aktual olan istiqamətlər üzrə peşəkar təlimçilər vasitəsi ilə bilik və bacarıqların aşılanmasını təmin edir. Biz də sizin tələbə və məzun olmağınızdan asılı olmayaraq bu həyat məktəbindən keçməyə və gələcək uğurlu karyeranızı bizimlə qurmağa dəvət edirik.

Sonra Səbuhi Əvəzli “Master 1” və “Master 2” pilləsi haqqında məlumat verib. Bildirib ki, “Master 1” könüllülük fəaliyyətinin təkmilləşdirilməsi üçün yaradılmışdır. Bu proqramın əsas məqsədi gənclərin təhsil səviyyəsindən və ixtisasından asılı olmayaraq ümumi inkişaflarına dəstək olmaq, “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından tanış etmək və onların Azərbaycan Respublikasında aparılan inzibati islahatlarda iştirakını təmin etməkdir. O qeyd edib ki, “Master 1” çərçivəsində gənclər müxtəlif təlimlərdə iştirak edir və praktiki vərdişlərə yiyələnirlər. Bununla yanaşı, gənclər arasında komandada iş bacarıqları formalaşdırılır. “Master 1” 8 həftə ərzində həyata keçirilir. Proqram çərçivəsində gənclərin fəaliyyəti xüsusi hazırlanmış qiymətləndirmə qaydalarına əsasən qiymətləndirilir və yekunda proqram iştirakçıları 3 növ sertifikatdan birini və xasiyyətnamə əldə edirlər.

Sonra tələbələrə “ASAN xidmət” mərkəzlərində könüllülük fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Videomaterialdan sonra tələbələr sual-cavab prosesində yaxından iştirak ediblər. Səbuhi Əvəzli və Saray Mayılzadə verilən sualları ətraflı cavablandırıblar.

yuxarı ⤴