1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Şagirdlərimiz beynəlxalq musiqi festivalında mükafata layiq görülüblər
01.12.2017 / No46


 

 

 


Çexiyanın Karlovy Vary şəhərində keçirilən “Suliko” Beynəlxalq Musiqi Festivalı ölkəmizi bu müsabiqədə təmsil edən Müslüm Maqomayev adına 26 nömrəli musiqi məktəbinin şagirdləri, müsabiqələr laureatı 9 yaşlı Selin Hüseynova və 10 yaşlı Fikrət Əliyev üçün uğurlu olub.

Bu barədə AZƏRTAC-a məlumat verən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokal müəllimi, müsabiqədə münsiflər heyətinin üzvü qismində iştirak edən Dmitri Babayev bildirib ki, Selin Hüseynova gümüş medala və diploma layiq görülüb, Fikrət Əliyev diplom və kubokla təltif edilib.

İki mərhələdə keçirilən festivalda solistlər, ifaçılar, rəqs kollektivləri iştirak ediblər. Azərbaycan təmsilçiləri yerli və dünya bəstəkarlarının repertuarından “New York State of mind”, “Zübeydə”, “Sunny”, “Tell me why” əsərlərini səsləndiriblər. Mükafatlar yaş kateqoriyasına görə təqdim edilib.

Müsabiqədə Gürcüstan, Rusiya, Çexiya, Moldova, Argentina, Azərbaycan və Sloveniyadan yeniyetmələr də iştirak edib. İştirakçıların solo, duet, caz imkanları yoxlanılıb və hər bir təmsilçi ölkəsinin folklorunu nümayiş etdirib.

 

yuxarı ⤴