1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
Rəsmi xronika
03.12.2016/№47

 

 


* Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab rayonunda səfərdə olublar.

* Dekabrın 2-də dövlət başçısı İlham Əliyev “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

* Prezident İlham Əliyev dekabrın 1-də ABŞ-ın ticarət nazirinin Avropa, Orta Şərq və Afrika üzrə müşavirinin müavini Maykl Lallinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olub. Ölkə başçısı İlham Əliyev sərgi ilə tanışlıq zamanı “Euronews” və “Rossiya-24” telekanallarının suallarını cavablandırıb.

* Dövlət başçısı İlham Əliyev noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın, Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə isə Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatları ilə əlaqədar başsağlığı verib.

* Noyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Jaonu qəbul edib.

* Ölkə başçısı İlham Əliyev noyabrın 29-da İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək və geniş tərkibdə görüşləri keçirilib. Sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub və dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

* Prezident İlham Əliyev noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin gün dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordenini təqdim edib.

* Noyabrın 26-da ölkə başçısı İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə əlaqədar başsağlığı verib.

* Dövlət başçısı İlham Əliyev noyabrın 26-da Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Fidel Kastro Rusun vəfatı ilə əlaqədar başsağlığı verib.
 

yuxarı ⤴