1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Rəsmi xronika
08.12.2017 / No47


 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonunda səfərdə olub. Dövlət başçısı İlham Əliyev səfər çərçivəsində bir sıra sosial və iqtisadiyönümlü obyektlərin açılışlarında iştirak edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni yolun təməlqoyma mərasimində iştirak edib.

* Dekabrın 6-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi - “Bakutel-2017” ilə tanış olublar. Dövlət başçısı İlham Əliyev “Euronews” və “Rossiya-24” televiziya kanallarının suallarını cavablandırıb.

* Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Çjaonu, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromini, Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı və Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforovu qəbul edib.

* Dövlət başçısı İlham Əliyev dekabrın 5-də Fazil Əsəd oğlu Məmmədovun Azərbaycan Respublikasının vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

* Prezident İlham Əliyev dekabrın 4-də Finlandiya Respublikasının Prezidenti Sauli Niinistöyə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

* Prezident İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Dekabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində “BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olub.

* Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva dekabrın 3-də Fərid Qayıbovu Avropa Gimnastika İttifaqının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik ediblər.

* Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri olub. Hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan və Əfqanıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər. Həmin gün Prezident İlham Əliyev və Prezident Məhəmməd Əşrəf Qani Bakıda keçirilən “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci Nazirlər konfransında iştirak və çıxış ediblər.

* Dekabrın 1-də Prezident İlham Əliyev Estoniya Respublikasının xarici işlər naziri Sven Mikseri və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
 

yuxarı ⤴