1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
“Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
10.12.2016/№48

 

 


“Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2452 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq


ƏMR EDİRƏM:


1. “Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2452 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, ali təhsil müəssisələri, rayon (şəhər) təhsil şöbələri (idarələri), Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri bu əmrlə təsdiq edilmiş Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 30 may 2017-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.
3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.
4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.
 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
2 dekabr 2016-cı il

 

yuxarı ⤴