1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
ADNSU-da Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş
17.12.2016/№49

 

 


Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları ADNSU-da görməkdən məmnun qaldığını bildirən rektor, professor Mustafa Babanlı iki universitet arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməli olduğunu qeyd edib.
Nümayəndə heyətinə universitet haqqında məlumat verən professor M.Babanlı universitetin nəzdində fəaliyyət göstərən 51 illik tarixə malik və özfəaliyyət kollektivləri arasında yeganə “xalq ansamblı” adına layiq görülmüş “Gənclik” mahnı və rəqs ansamblı barədə də danışıb.
Dağıstan Dövlət Texniki Universitetinin neft-qaz fakültəsinin dekanı, dosent Maqomedova Milada Ruslanovnaya Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verən rektor Mustafa Babanlı tələbələrin ölkəni tərk etmədən Strasburq Universitetinin diplomunu almaq imkanı əldə etdiyini söyləyib.
Səmimi qəbula görə Mustafa Babanlıya təşəkkür edən Maqomedova Milada Ruslanovna uzun zamandır ADNSU-ya gəlmək istədiklərini söyləyib. ADNSU-nun professor-müəllim heyəti və tələbələrlə artıq tanış olduqlarını qeyd edən qonaqlar universitetdəki təhsil mühitini bəyəndiklərini bildiriblər.
Sonda tərəflər arasında əməkdaşlıq üzrə plan hazırlanması və bu plan üzrə birgə fəaliyyət göstərmək barədə razılıq əldə olunub.

Mətbuat xidməti
 

yuxarı ⤴