Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
SDU-da iqtisadi bilik yarışı keçirilib
17.12.2016/№49

 

 


Dekabrın 14-də Sumqayıt Dövlət Universitetinin 55 illik yubileyi ilə əlaqədar iqtisadiyyat və idarəetmə fakültəsinin və Sumqayıt Dövlət Texniki Kollecinin birgə təşkilatçılığı ilə iqtisadi bilik yarışı keçirildi.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsindən sonra rektor, professor Elxan Hüseynov çıxış edərək iştirakçıları salamladı və qeyd etdi ki, Azərbaycan dövləti həmişə gənc nəslin inkişafı, gənclərin problemlərinin həlli, arzu və istəklərinin nəzərə alınmasına diqqət və qayğı göstərir. Prezident İlham Əliyev bütün çıxışlarında gənclər mövzusuna toxunur, onlarla görüşür, təhsil, asudə vaxtlarının təşkili, ictimai fəaliyyət, dövlət idarəçiliyində iştirak və digər məsələlərlə maraqlanır, onlara öz tövsiyələrini verir. Belə bilik yarışlarının keçirilməsi gənclərimizin daha yüksək səviyyədə yetişməsinə xidmət edəcək, tələbələrin əldə edəcəkləri nailiyyətlər onlarda elmi motivasiya hissini gücləndirəcək və gələcək uğurlara istiqamətləndirəcək. Rektor çıxışının sonunda belə yarışların ənənəvi hal almasının vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzuladı.
Sonra yarışa start verildi. 6 komanda öz bilik və bacarıqlarını sınadı. Qeyd edək ki, iştirakçılara ümumilikdə 45 sual, hər sualın cavablandırılmasına isə 30 saniyə vaxt verildi, suallar əsasən iqtisadi və məntiq sahələrini əhatə etdi. Tələbələrarası bilik yarışında hər turda 15 sual olmaqla 3 tur keçirildi. Gərgin və maraqlı keçən bilik yarışında I yerə “Zirvə”, II yerə “Oliqarxlar” və III yerə “Kapital” və “Kökaltı” komandaları layiq görüldülər.
Sonda komandalara hədiyyələr təqdim edildi və xatirə şəkilləri çəkdirildi.

Mətbuat xidməti
 

yuxarı ⤴