1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
“Tərəqqi” liseyində
17.12.2016/№49

 

 


Təhsil Nazirliyinin birbaşa tabeliyindəki “Tərəqqi” texniki-humanitar liseyində ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbiri liseyin tarix kafedrasının metodbirləşmə sədri Qənifə Yaqubova açdıqdan sonra tarix müəllimləri dahi rəhbər, fenomenal şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyəti haqqında məruzələr ediblər.
Ulu öndər Heydər Əliyevin gələcəyə inamla baxaraq söylədiyi: “Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcəkdir!” fikri misal gətirilərək bildirilib ki, biz hamımız ulu öndər Heydər Əliyevin siyasi kursunu yeni dövrün tələblərinə uyğun davam etdirən dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin uğurlarını daha da artırmalıyıq!
Sonra ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş videoslaydlar nümayiş olunub.
Tədbirdə yuxarı sinif şagirdləri “Ulu öndər Heydər Əliyevin irsini öyrənək və təbliğ edək” mövzusunda çıxış ediblər. Bədii hissədə ulu öndərə həsr olunmuş şeirlər ifa olunub.
Tədbiri “ Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədova yekunlaşdırıb. O bildirib ki, Azərbaycan xalqının böyük oğlu, qüdrətli dövlət xadimi, dahi siyasətçi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir.
Vurğulanıb ki, bu gün dillər əzbəri olan “Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir” ifadəsi dövrün reallığını əks etdirən danılmaz həyat həqiqətidir. Dövlət müstəqilliyimizin qorunub saxlanmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, sosial və mədəni sahələrdə inkişafın təmin edilməsində, milli-mənəvi dəyərlərin dirçəlişində, azərbaycançılıq məfkurəsinin milli ideologiyaya çevrilməsində misilsiz xidmətləri ulu öndərə sonsuz ehtiram, məhəbbət və əbədiyyət qazandırmışdır.

Sevda YARMETOVA,
liseyin tarix müəllimi
 

yuxarı ⤴