1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
MDU-da iqtisadiyyat və idarəetmə fakültəsi TEC-nin konfransı keçirilib
17.12.2016/№49

 

 


Mingəçevir Dövlət Universiteti iqtisadiyyat və idarəetmə fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Müasir iqtisadi problemlər - tələbələrin gözü ilə” mövzusunda elmi konfransı keçirilib.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Nüşabə Qədimli konfransı açıq elan edərək qeyd edib ki, tələbələrimizlə işi yüksələn xətlə davam etdirməliyik ki, onların elmə marağı daha da güclənsin. Tələbələrin əksəriyyəti elmi fəaliyyətə TEC-in xətti ilə qədəm qoyurlar. Biz müəllimlər təcrübəliyik, yol göstəririk, amma siz daha enerjilisiniz. Bizi siz əvəz edəcəksiniz. Siz bizlərdən daha müasir, daha fəal və açıq fikirlisiniz. Biz də öz təcrübəmizi sizinlə bölüşməyə, sizi düzgün istiqamətləndirməyə hazırıq.
Universitetin TEC sədri, baş müəllim Günəş Şəfaqətov çıxış edərək bildirdi ki, bu gün iqtisadiyyat və idarəetmə fakültəsi üçün xüsusi günlərdən biridir. Tələbə müəllimin güzgüsü, fəaliyyətinin göstəricisidir.
Konfransda tələbələrdən Tacirə Cəfərova “Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikasında regionların payı”, Aytac Əhmədova “Respublikamızın iqtisadi inkişafında turizmin rolu”, Kənan Cənnətov “İqtisadi islahatların müasir mərhələsində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi zəruriliyi” mövzularında çıxış ediblər.
Sonra Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev konfransın işi və məruzə edən tələbələrlə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, iqtisadiyyat və idarəetmə fakültəsi ənənələri olan fakültə kimi həmişə elmin yüksək pilləsində olub. XXI əsrdə dünyada gedən proseslərin hamısı insan naminə yönəldilib. İnsan naminə çalışmaq üçün insanlar bilikli, savadlı, elmli, kamil olmalıdır. Bizim gücümüz elmimizdə, təhsilimizdə olmalıdır.

Nazim NİFTƏLİYEV,
MDU-nun Mətbuat xidmətinin rəhbəri
 

yuxarı ⤴