1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
Mini-futbol üzrə rayon turniri başa çatıb
17.12.2016/№49

 

 


Paytaxtın 178 nömrəli tam orta məktəbinin futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini-futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırılma mərasimi keçirilib.
Turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək, fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hərtərəfli formalaşdırmaqdan ibarətdir. Turnirdə 10 komanda-Azərbaycan Turizm və Menecment Universitetinin, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Bakı Humanitar Kollecinin, İdarəetmə və Texnologiya Kollecinin və Bakı Kooperasiya Kollecinin komandaları iştirak ediblər.
Yekun nəticələrə görə Azərbaycan Kooperasiya Universitetinin komandası I, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası II, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə III yeri tutmuşdur.
Turnirin bağlanış mərasimində Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, 178 nömrəli tam orta məktəbin direktoru Yusif Məmmədov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, tələbə-gənclər təşkilatlarının sədrləri və KİV nümayəndələri iştirak ediblər. Mərasimdə əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mükafatlandırma mərasimində çıxış edənlər dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıblar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildiriblər.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom, kubok və medallarla təltif edilib.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”

 

yuxarı ⤴