1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
Azsaylı xalqların geyimləri, müxtəlif adət-ənənələri nümayiş etdirilib
17.12.2016/№49

 

 


Mingəçevir şəhər 3 nömrəli beynəlmiləl tam orta məktəbdə təhsil alan şagirdlər Azərbaycanda yaşayan azsaylı xalqların geyimlərini, müxtəlif adət-ənənələrini nümayiş etdiriblər. Tədbirdə şagirdlər 4 xalqın - Azərbaycan, rus, hind və özbəklərin milli adət-ənənələrini, rəqslərini, mətbəxini, musiqisini təqdim ediblər.
Məktəbin müəllimi Tahirə Tahirova bildirib ki, təhsil ocağında multikultural dəyərlər daim qorunur. Məqsədimiz şagirdlərə digər xalqların nümayəndələri ilə dostluq, sülh şəraitində yaşamağı aşılamaqdır.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev bildirib ki, Mingəçevirdə 11 xalqın nümayəndələri mehriban şəraitdə yaşayırlar. Vaxtilə Su Elektrik Stansiyasının inşası və şəhərin salınması üçün müxtəlif xalqların nümayəndələrinin işləmək üçün Mingəçevirə gəldiklərini, sonradan burada qalaraq məskən saldıqlarını deyən S.Əliyev qeyd edib ki, tolerantlıq bizim üçün əvəzsiz dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.
Sonda şagirdlər “Biz bütün ölkələrdə sülh istəyirik, qoy uşaqlar dinc və sağlam yaşasınlar” şüarını səsləndiriblər.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴