1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Valideyn himayəsindən məhrum olan və əlil uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
17.12.2016/№49

 

 


31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində S.Vurğun adına Göyçay şəhər internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum olan uşaqlar, aztəminatlı ailələrin övladları və əlil uşaqlar üçün xeyriyyə tədbiri keçirilib.
“Uşaqlar bizim gələcəyimizdir” adlı mərasimdə “AzNar” QSC-nin icraçı direktoru F.Əhmədov çıxış edərək internat məktəbində təlim-tərbiyə və təhsil alan 200 şagird üçün qış geyimləri, yataq dəstləri, məktəbin yataqxanası üçün 12 ədəd elektrik qızdırıcısı, ərzaq məhsulları, eləcə də meyvə şirələri hədiyyə edildiyini bildirib.
İnternat məktəbinin müəllimləri rayonda xeyriyyə tədbirlərinin mütəmadi olaraq təşkil edilməsindən məmnunluqlarını bildiriblər.
Şagirdlər üçün paltar və ayaqqabıların, elektrik qızdırıcılarının və qalın yataq dəstlərinin hədiyyə edilməsi məktəb kollektivinin böyük sevincinə səbəb olub.
Sonda uşaqlar üçün bayram süfrəsi açılıb.

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴