1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
“Naxçıvan” Universitetində tələbələrin müayinəsi aparılıb
17.12.2016/№49

 

 


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə uyğun olaraq hər il olduğu kimi bu il də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Poliklinikasının ixtisaslaşdırılmış həkim briqadası ali təhsil müəssisələri tələbələrinin kütləvi müayinəsini aparır.
Belə ki, həkim briqadası 2 həftə ardıcıl olaraq “Naxçıvan” Universitetində olub, ali təhsil ocağının bütün tələbələrinin müayinəsini başa çatdırıb. Xəstəxananın baş həkimi Tamella Bayramovadan aldığımız məlumata görə, həkimlərdən lor Vəli Qəhrəmanov, nevropatoloq Sabir Mehdiyev, stomatoloq Dilqəm Abdullayev və başqaları tələbələrin kütləvi müayinəsini aparıblar. Müayinə zamanı tələbələrdə ciddi xəstəliklər aşkar olunmayıb. Bundan başqa, tələbələrin bir qismi əlavə müayinələrə cəlb olunublar.

Nuray ƏSGƏROVA
 

yuxarı ⤴