1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//22.09.2017

//22.09.2017
Şövkət Məmmədovanın 120 illik yubileyi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
 

 

Məktəblilər arasında şahmat turniri keçirilib
17.12.2016/№49

 

 


Sədərək Rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin, Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar şahmat turniri keçirilib.
Sədərək Rayon Şahmat Məktəbində keçirilən turnirin açılış mərasimində çıxış edənlər ulu öndər Heydər Əliyevin bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğıdan danışıblar. Qeyd olunub ki, bu gün bədən tərbiyəsi və idmanın inkişafına göstərilən qayğının əsası məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Sonra turnirin başlandığı elan edilib. Olimpiya sistemi üzrə keçirilən turnirdə 30-a yaxın oğlan və qız gücünü sınayıb. Yekun nəticələrə görə oğlanlar arasında Asif Dünyamalıyev I, Hüseyn Yerdələn II, Murad Rzazadə III, qızlar arasında isə Dilbər Dünyamalıyeva I, Nurşən Məmişova II, Nurtac Salahlı III yeri tutublar. Qaliblərə təşkilatçılar tərəfindən diplomlar verilib.

Rəşad ZİYADOV,
“Azərbaycan müəllimi”
 

yuxarı ⤴