1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
//19.01.2018
 
Tələbələr Şəmkir rayonunun intensiv meyvə bağında “açıq dərs”lər keçib
17.12.2016/№49

 

 


Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsinin “aqronomluq”, “torpaqşünaslıq və aqrokimya” ixtisaslarının III kurs tələbələri Şəmkir rayonunun Mahmudlu kəndində yerləşən sahibkar Mayis Qurbanovun təsərrüfatındakı müasir tipli intensiv meyvə bağında “açıq dərs”lər və videoçəkilişlər aparıblar.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu cür dərslərin keçilməsində məqsəd intensiv meyvə bağının salınması, cərgə aralarından səmərəli istifadə, tinglik təsərrüfatı, ağacların budanılması, onlara müxtəlif çətir formaların verilməsi barədə tələbələri məlumatlandırmaq, nəzəri biliklərin təcrübədə tətbiqidir. Bağçılıq kafedrasının müdiri, dosent Hüseyn İdrisov, kafedranın dosenti Yeganə Süleymanova, bağda çalışan mütəxəssislər tələbələrlə qarşılıqlı fikir mübadiləsi aparıblar.
Meyvə bağında torpaq kəsimlərinin götürülməsi qaydası, sahəvi torpaq analizlərinin aparılması üsulları barədə torpaqşünaslıq və aqrokimya kafedrasının assistenti Rəsmiyyə Quliyeva tələbələrə geniş məlumat verib.

 

yuxarı ⤴