Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv

Rəsmi xronika
22.12.2017 / No49


 

 

 


* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılış mərasimində iştirak edib.

* Dekabrın 21-də Prezident İlham Əliyev ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrini və Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm Kamilovu qəbul edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də İran İslam Respublikasının Prezident Aparatının rəhbəri Mahmud Vaezi, Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Əli Ərbaş, Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, dəvət və irşad nazirinin birinci müavini Tofiq Əl-Sudeyri və Misir diyarının müftisi Şövqi İbrahim Allam ilə görüşüb.

* Dekabrın 20-də dövlət başçısı İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayeri, IBM korporasiyasının baş vitse-prezidenti Erik Klementini, Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının icraçı direktoru Malkolm Honlaynı və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev dekabrın 20-də xalq rəssamı, heykəltəraş Ömər Eldarova “Heydər Əliyev” ordenini təqdim edib.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.

* Prezident İlham Əliyev dekabrın 18-də Dünya Bankı Qrupuna daxil olan Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyinin icraçı vitse-prezidenti və baş icraçı direktoru xanım Keiko Hondanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Mehriban Əliyeva Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak ediblər.

* Ölkə başçısı İlham Əliyev dekabrın 18-də Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli 225 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

* Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub.


 

yuxarı ⤴