1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Rəsmi xronika
24.12.2016/№50

 

 


* Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2016-cı ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib. Dövlət başçısı tədbirdə nitq söyləyib, daha sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar, bir qrup idmançı və idman mütəxəssisinə isə yeni mənzillərin orderlərini təqdim edib.

* Prezident İlham Əliyev dekabrın 22-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanı, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulini və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekovu qəbul edib.

* Dekabrın 21-də dövlət başçısı İlham Əliyev Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

* Ölkə başçısı İlham Əliyev dekabrın 21-də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

* Dekabrın 21-də Prezident İlham Əliyev “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 400-VQD nömrəli Qanununun tətbiqi haqqında fərman imzalayıb.

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkelə Berlində törədilmiş qanlı terror aktı nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib.

* Dekabrın 19-da ölkə başçısı İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü ilə əlaqədar başsağlığı verib.

* Prezident İlham Əliyev dekabrın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.
 

yuxarı ⤴