1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



BDU-da alimin 85 illik yubileyi qeyd olunub
24.12.2016/№50

 

 


Bakı Dövlət Universitetində BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbiri açaraq professor Abuzər Xələfovun kitabxanaşünaslıq sahəsindəki əvəzsiz xidmətlərindən, kitabxana sahəsindəki araşdırmalarının ölkəmizin kitabxana ictimaiyyəti üçün faydasından danışıb. Bildirib ki, SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanan professor Abuzər Xələfov kitabxanaşünaslıq-biblioqrafiya sahəsində elmi-pedaqoji kadrların hazırlığında da əvəzsiz rol oynayıb. Bu sahədə bir çox ilklərə imza atan Abuzər Xələfovun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ən ali mükafatlara layiq görülüb.
Sonra çıxış edən kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Knyaz Aslan alimin faydalı ömür yaşadığını, böyük bir kitabxanaşünaslıq məktəbi yaratdığını bildirib. Qeyd edib ki, Abuzər Xələfovun kitabxana işinin təşkilində novator alim kimi geniş biliyə, zəngin təcrübəyə malik olması bu sahədə ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb.
Xarici işlər nazirinin müavini Xələf Xələfov, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, akademiklər Əhliman Əmiraslanov, Vasim Məmmədəliyev, Vasif Babazadə, BDU-nun kafedra müdirləri Bəxtiyar Əliyev, Əyyub Əyyubov, İzzət Rüstəmov, kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov və digər çıxış edənlər alimin həyat və elmi yaradıcılığından bəhs edib, yubiley münasibətilə təbriklərini çatdırıblar .
Sonda Abuzər Xələfov tədbirin keçirilməsinə görə BDU rəhbərliyinə, əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Mətbuat və informasiya şöbəsi
 

yuxarı ⤴