1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
ADNSU-da karyera sərgisi
24.12.2016/№50

 

 


Dekabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Karyera sərgisi keçirilib. Sərgidə 35-ə yaxın şirkət, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), "Azərikimya" İstehsalat Birliyinin nümayəndələri ADNSU-nun tələbə və məzunlarlarına vakant iş yerlərini təklif ediblər. 1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. ADNSU-nun rektoru, professor Mustafa Babanlı sərgidəki müxtəlif şirkətlərin stendləri ilə tanış olub. Daha sonra rektor sərgidə iştirak edən şirkətlərin rəhbərləri və nümayəndələri ilə görüş keçirib. Sərginin uğurla keçdiyini bildirən rektor Mustafa Babanlı bu kimi tədbirlərin tələbələr, eləcə də univeristet üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Ali məktəb və şirkətlər arasında əlaqələrin genişləndirilməsinin hər iki tərəf üçün inkişafa aparan amil olduğunu qeyd edən rektor birlikdə işləməyin vacibliyini diqqətə çatdırıb.
Karyera sərgisi barədə fikirlərini bölüşən rektor M.Babanlı həmçinin universitetdə həyata keçirilən islahatların nəticəsi olaraq əldə olunan nailiyyətlərdən, gündəlik təcrübə proqramından və gələcək planlardan söz açıb. Sonra şirkət rəhbərləri və nümayəndələrlə geniş müzakirələr aparılıb. ADNSU-nun təşkilatçılığı ilə baş tutan karyera sərgisini yüksək qiymətləndirən şirkət rəhbərləri universitet-müəssisə əməkdaşlığının önəmindən danışıblar.

Mətbuat xidməti
 

yuxarı ⤴