1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
SABAH müəllimlərinə sertifikatlar verilib
24.12.2016/№50

 

 


SABAH qruplarının müəllimlərinə Paris-Sorbon Əbu Dabi Universitetinin sertifikatlarının təqdim olunması mərasimi keçirilib.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə və müəllimlər iştirak edib.
Bildirilib ki, SABAH-ın 15 müəllimi cari ilin avqust ayında təcrübə mübadiləsi məqsədilə Fransada səfərdə olub, digər 43 müəllim isə sentyabr ayında Bakıda keçirilən təlimdə iştirak edib.
Paris-Sorbon Əbu Dabi Universiteti və Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qruplarının əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin əsas məqsədi layihə iştirakçılarına təhsildə keyfiyyətin artırılması naminə müasir qiymətləndirmə metodlarına dair geniş məlumat vermək və təcrübə mübadiləsi aparmaqdır.
Layihəyə Fransa Respublikasının Azərbaycandakı səfirliyi rəsmi dəstək göstərir.

www.edu.gov.az
 

yuxarı ⤴