1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
SDU-da “Biologiya gecəsi” tələbələrin marağına səbəb oldu
24.12.2016/№50

 

 


Dekabrın 20-də Sumqayıt Dövlət Universitetində kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə “Biologiya gecəsi” keçirildi. Gecənin keçirilməsində məqsəd ekoloji problemlər, bitki və heyvanat aləminin həyatımızda rolunu bir daha diqqətə çatdırmaq və tələbələrə vətənpərvərlik ruhu aşılamaqdan ibarət idi.
Tədbirdə iştirak edən rektor, professor Elxan Hüseynov bildirdi ki, gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi üçün müxtəlif layihələr həyata keçirilir. Prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı bütün rəsmi sənədlərdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi məsələsi önə çəkilir. Rektor ölkədə aparılan gənclər siyasətinin hədəfləri barədə məlumat verərək gənclərin bu siyasətin həyata keçirilməsində fəal iştirakını qeyd etdi, onların hərtərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı. Vurğuladı ki, Azərbaycan gəncliyi bütün dövrlərdə öz savadı, istedadı ilə seçilib.
Kimya və biologiya fakültəsinin dekanı, dosent Mahal Muradov qeyd etdi ki, belə gecələrin keçirilməsi tələbələrin fənlərə marağını artırır və biliklərə daha dərindən yiyələnməsinə kömək edir.
Gecədə İDEA İctimai Birliyinin Azərbaycan və bütövlükdə regionda ətraf mühitin, flora və faunanın qorunmasına dair həyata keçirdiyi uğurlu layihələrin ekoloji əhəmiyyəti vurğulandı. Sonda tələbələr şeirlər, mahnılar, rəqslər ifa etdilər və səhnəciklər göstərdilər.

Mətbuat xidməti
 

yuxarı ⤴