1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
BDU-nun sosial elmlər və psixologiya fakültəsinin 25 illiyi qeyd edilib
24.12.2016/№50

 

 


Dekabrın 19-da Bakı Dövlət Universitetində (BDU) sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq sosial elmlər və psixologiya fakültəsinin universitetin həyatındakı rolundan bəhs edib. Qeyd olunub ki, ötən 25 ildə fakültənin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilib, yeni kafedralar yaradılıb, mövcud kafedralarda struktur dəyişiklikləri aparılıb. Fakültə kafedraları müvafiq ixtisaslar üzrə aparıcı kafedralar olduğundan digər ali məktəblər və kolleclər, habelə bir sıra müəssisələr üçün yüksəkixtisaslı kadrlar hazırlanmasında fəal iştirak edirlər.
Daha sonra sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə fakültənin tarixi və bu günü barədə məlumat verib. Bildirilib ki, hazırda fakültənin nəzdində səkkiz kafedra, elmi tədqiqat laboratoriyaları və mərkəzlər fəaliyyət göstərir. Fakültənin professor-müəllim heyəti 106 nəfərdən ibarətdir ki, onlardan da 1-i AMEA-nın müxbir üzvü, 20-si elmlər doktoru, professor, 56-sı fəlsəfə doktoru, dosent, 12-si baş müəllim, 17-si isə müəllimdir. Tələbə kontingenti barədə də məlumat verən dekan hazırda fakültədə 1400-ə yaxın tələbənin, magistrantın təhsil aldığını qeyd edib.
Tədrisin təşkili və yüksəkixtisaslı kadr hazırlığı ilə bağlı görülən işlər barədə danışıb.
Milli Məclisin komitə sədrləri Hadi Rəcəblinin, Səməd Seyidovun, professor Əjdər Ağayevin təbriklərindən sonra bir qrup fakültə əməkdaşı Fəxri fərman, təşəkkür və pul mükafatına layiq görülüb.
Tədbir bədii hissə ilə davam edib.

Mətbuat və informasiya şöbəsi
 

yuxarı ⤴