1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Akademiyanın 10 illiyinə həsr olunmuş tədbir
24.12.2016/№50

 

 


Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının böyük iclas zalında akademiyanın 10 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Akademiyanın professor-müəllim və tələbə heyəti, məzunlar və valideynlərin iştirakı ilə gerçəkləşən tədbirdə ilk öncə fəaliyyətin 10 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan AƏSMA-nın rektoru, professor Hüseyn Qaraşov Prezident İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğuladı. Azərbaycan təhsilinin keçdiyi inkişaf yolundan, dövlət başçısının bu sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən danışdı. AƏSMA-da həyata keçirilən tədbirlərdən, xüsusilə son illər ərzində tədrisin təşkili mexanizmi, fəaliyyət strategiyası, günün tələbləri səviyyəsində maddi-texniki bazanın genişləndirilməsi və əsas hədəflər barədə ətraflı məlumat verdi.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi 10 illik münasibətilə təhsilimizin inkişafı yolunda göstərdikləri xidmətlərə görə akademiyanın bir sıra əməkdaşlarını fəxri fərmanlarla təltif etdi.
Tədbirdə çıxış edənlər akademiyanın əməkdaşlarını yubiley münasibətilə təbrik edib.
Rəsmi hissənin sonunda Azərbaycandan kənarda və respublikamızın regionlarında yaşayan və işləyən bəzi məzunların təbriklərinin əks olunduğu videoçarx nümayiş etdirildi.
Tədbir akademiyanın özfəaliyyət dərnəyinin hazırladığı maraqlı konsert proqramı ilə davam edib.

Xaqani MƏMMƏDOV,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi
 

yuxarı ⤴