1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
“Şəhidlər unudulmur” devizi altında iməcilik aksiyası
24.12.2016/№50

 

 


Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı davamlı olaraq gənclərin vətənpərvər ruhda tərbiyəsi ilə bağlı müxtəlif məzmunlu layihələr həyata keçirir. Bu layihələrdən biri də “Milli Qəhrəmanların gənclər arasında təbliği”dir. Həmin layihə çərçivəsində Azərbaycanın müstəqilliyi uğrunda qəhrəmanlıq göstərərək Milli Qəhrəman adına layiq görülmüş insanlar haqqında gənclərə ətraflı məlumat verilir, onlara həsr olunmuş videoçarxlar və filmlər nümayiş etdirilir. Dekabrın 22-də universitetin 35 tələbəsinin iştirakı ilə “Şəhidlər unudulmur” devizi ilə Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında iməcilik aksiyası həyata keçirilib. Şəhidlər xiyabanında ümumilikdə 371 şəhid uyuyur, onlardan 16-sı naməlum, 5-i Milli Qəhrəman, 1 nəfəri isə qadındır.
Tələbələr Xiyabanın, eləcə də şəhid məzarlarının ətrafını təmizləyərək səliqə-sahman yaradıblar. Gəncə Dövlət Universitetinin tələbələri adından “Əbədi məşəl” abidəsi qarşısına əklil qoyulub, şəhidlərin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

GDU-nun Mətbuat xidməti
 

yuxarı ⤴