|
Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstrən “Gənc
istedadlar” liseyi üzrə 7 və 8-ci siniflər arasında baş tutan
məktəblilərarası fənn olimpiadasının qaliblərini mükafatlandırma mərasimi
keçirilib. Liseyin direktoru, professor Qasım Hüseynov ənənəvi olaraq
keçirilən olimpiada haqqında məlumat verib. Məlum olub ki, ayrı-ayrı fənlər
üzrə 102 nəfərin iştirak etdiyi olimpiadada 38 nəfər 1, 2 və 3-cü yerlər
üzrə qalib olub. Şagirdlərə uğurlar arzulayan professor Qasım Hüseynov
gələcəkdə daha böyük nailiyyətlər əldə etmək istiqamətində tövsiyələrini
verib. |