1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Növbəti interaktiv “açıq dərs” ingilis dilində keçirilib
24.12.2016/№50

 

 


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən reallaşdırılan “İnteraktiv açıq dərs” layihəsi çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində ingilis dili müəllimi Gülcahan Hacızadə tərəfindən ingilis dilində “açıq dərs” keçilib. İnteraktiv “açıq dərs”i muxtar respublikanın 195 məktəbindən onlayn şəkildə izləyiblər.
Azərbaycan, eləcə də Naxçıvan haqqında biliklərin möhkəmləndirilməsinə hədəflənmiş “açıq dərs”də tələbələr 4 qrupa bölünüb, qruplara qrup işləri verilib. Qrup işi fərqli tapşırıqlardan ibarət olub. Qrup üzvləri sualları ingilis dilində cavablandırıb, verilən tapşırıqları yerinə yetiriblər. Onlar ölkəmiz, onun bölgələri, eləcə də muxtar respublika haqqında məlumatlı olduqlarını nümayiş etdiriblər. “Açıq dərs” qiymətləndirmə ilə sona çatıb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına təkan verib. Hazırlanmış qrafikə uyğun olaraq layihə çərçivəsində ayda 2 dəfə olmaqla bundan sonra da “İnteraktiv açıq dərs”lərin keçirilməsi davam etdiriləcəkdir.
 

yuxarı ⤴