1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



Puşkin adına Dövlət Rus Dili İnstitutunun əməkdaşları Bilik Fondunda olublar
24.12.2016/№50

 

 


Rusiya Federasiyasının A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun innovasiya fəaliyyəti və distant təhsil formaları üzrə prorektoru Yaskeviç Marina İvanovna, əlavə təhsil fakültəsinin dekanı Pavliçeva Yelena Nikolayevna, ümumi və rus dilçiliyi kafedrasının professoru Bojenkova Natalya Aleksandrovna, rus dilinin xarici dil kimi tədrisi metodikası kafedrasının müdiri, professor Elxan Əzimov Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda olublar.
Görüşdə icraçı direktor Oktay Səmədov qonaqları salamlayaraq, onlara fondun strukturu, həyata keçirdiyi maarifləndirici layihələr haqqında ətraflı məlumat verib.
İnstitutun prorektoru M.Yaskeviç səmimi qəbula və qarşılıqlı etimad doğuran mühitə görə təşəkkürünü bildirib. Fondun maraqlı və diqqətçəkən layihələr həyata keçirdiyini deyən prorektor bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.
Çıxış edənlər “Puşkin İnstitutu” Tərəfdaşlıq Şəbəkəsi Mərkəzinin Bilik Fondunda açılmasının birgə fəaliyyət üçün geniş imkanlar yaradacağını diqqətə çatdırıblar. Sonra qarşıda duran planlar, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qonaqlar tədbirdə iştirak edən rus dili müəllimlərinin suallarını da cavablandırıblar.

İnformasiya təminatı sektoru
 

yuxarı ⤴