1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//24.11.2017



 
 
“BİR” Tələbə-Könüllü Proqramının BSU-da təqdimatı keçirilib
24.12.2016/№50

 

 


Dekabrın 21-də Bakı Slavyan Universitetində (BSU) I kurs tələbələri üçün “BİR” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib. Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə öncə Azərbaycanın Dövlət himni səsləndirilib.
Təqdimatın aparıcısı Seyran Babayev “BİR” Tələbə-Könüllü Proqramı barədə tələbələrə ətraflı məlumat verib.
Sonra “BİR” Tələbə-Könüllü Proqramını əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının assistenti Canoğlan İlyasov bildirib ki, ölkəmizdə bir çox irimiqyaslı tədbirlərin təşkilində və həyata keçirilməsində tələbə könüllülər boyük rol oynayırlar. “Formula 1” Avropa Qran-prisi ərəfəsində “Bir” Tələbə-Könüllüləri arasında keçirilən kartinq çempionatı barədə məlumat verən C. İlyasov çempionatda proqramın əhatə etdiyi ali təhsil müəssisələrində təhsil alan 100-dən çox tələbə-könüllünün iştirak etdiyini deyib. Çempionatın sonunda dairələri ən birinci tamamlayan Bakı Slavyan Universitetinin tələbə-könüllüsü Ramin Əsgərov yarışın ən sürətli pilotu olub. Ramin Əsgərova “Bir”inci Tələbələrarası Kartinq Çempionatı kubokunu təqdim edilib.
“BİR” Tələbə-Könüllü Proqramının BSU üzrə koordinatorları Məmmədəli Həsənov, Zəhra Dadaşzadə, Fidan Qazaxova öz təəssüratlarını iştirakçılarla bölüşüblər. Koordinatorlar tələbələri “Bir” könüllü olaraq proqram çərçivəsində həyata keçirilən layihələrdə fəal olmağa səsləyiblər.
Təqdimat mərasimində “BİR” Tələbə-Könüllü Proqramının əhatə etdiyi ali təhsil müəssisələrinin tələbə-könüllüləri də iştirak ediblər.
Tədbirin davamında tələbələr arasında oyunlar keçirilib, qalib gələn tələbələrə “BİR” Tələbə-Könüllü Proqramının simvolik nişanları hədiyyə olunub.

BSU-nun Mətbuat xidməti

 

yuxarı ⤴