1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
ADNSU-da elmi-praktik seminar keçirilib
24.12.2016/№50

 

 


Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Sosial sahələrin iqtisadiyyatı” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbir professor Aqil Əliyevin və ötən həftə “Neft daşları”nda qəza nəticəsində həyatını itirən neftçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Professor Aqil Əliyevin uzun illər Azərbaycan Tibb Universitetində çalışdığını deyən rektor onun bu müddət ərzində tələbələrin hörmətini və sevgisini qazandığını bildirib. Aqil Əliyevin iqtisad elmlərində böyük nailiyyətlər qazandığını qeyd edən rektor M.Babanlı onun bu sahədə ölkə üçün peşəkar kadrlar yetişdirdiyini də diqqətə çatdırıb. Azərbaycanda iqtisad elminin ən vacib sahələrdən biri olduğunu bildirən rektor bu istiqamətdə professor Aqil Əliyevin xüsusi rolunu qeyd edib.
Seminarda sənaye iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Qənimət Səfərov, enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, dosent Əli Səlimov çıxış ediblər.

Mətbuat xidməti

 

yuxarı ⤴