1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


ADPU-nun rektoru imtahan və müsahibənin gedişini izləyib
24.12.2016/№50

 

 


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2016-cı il üçün 20-yə qədər ixtisas üzrə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya 22 yer, dissertanturaya 19 yer, elmlər doktoru hazırlığı üzrə isə dissertanturaya 10 yer ayrılıb. Qeyd edək ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun müvafiq əmri ilə universitetdə imtahan və müsahibə prosesinin həyata keçirilməsi üçün nüfuzlu professorların təmsil olunduğu 14 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. SQK-ya 82 nəfər sənəd təqdim edib. SQK-nın qərarına əsasən 70 nəfər imtahanlara və müsahibəyə buraxılıb. Məlumat üçün bildirək ki, dekabrın 22-dən başlanan imtahan və müsahibə prosesinin yanvarın 12-də başa çatması nəzərdə tutulur. Dekabrın 22-də ADPU-nun rektoru, professor Cəfər Cəfərov, elmi işlər üzrə prorektor, professor Asəf Zamanov auditoriyalarda olaraq imtahan və müsahibənin gedişini müşahidə ediblər. İddiaçılar sənəd qəbulunun, eləcə də imtahan və müsahibənin şəffaf və obyektiv təşkil edilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür ediblər.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴