1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 20.01.2017

// 20.01.2017



ADU-da “Azərbaycanın Parisdə döyünən ürəyi” adlı tədbir
24.12.2016/№50

 

 


Dekabrın 20-də Azərbaycan Dillər Universitetində (ADU) fransız dili kafedrasının təşkilatçılığı ilə jurnalist, ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunan “Azərbaycanın Parisdə döyünən ürəyi” adlı tədbir keçirilib. Tədbirdə müxtəlif sahələrdə özünəməxsus dəst-xətti ilə irs yaradan dahi şəxsiyyət Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verilib, tələbələrin ifasında onun fransız dilinə tərcümə etdiyi “Arşın mal alan” operasından fransız dilində səhnəcik təqdim olunub, həmçinin “Qarabağ şikəstəsi” və “Xatırlayarsan” xalq mahnıları səsləndirilib. Tədbir çərçivəsində “Əbədi ezamiyyət” və “Durun gedək evimizə” sənədli filmlərində Ceyhun Hacıbəyli ilə bağlı fraqmentlərdən ibarət parçalar nümayiş olunub.
Tədbirdə iştirak edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Milli Məclisin deputatı Cavanşir Feyziyev və Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov Ceyhun Hacıbəylinin ictimai fəaliyyətindən danışaraq onun jurnalist, publisist, tərcüməçi kimi tanındığını, cavan yaşda “Azərbaycan” qəzetinin redaktoru olduğunu bildiriblər. Müstəqil Azərbaycan dövlətinin yaranmasının Ceyhun Hacıbəylinin ən böyük ideyası olduğunu diqqətə çatdıran çıxışçılar onun bu çətin, keşməkeşli yolda son nəfəsinə qədər mübarizə apardığını söyləyiblər.

İnformasiya Departamenti
 

yuxarı ⤴